​Siyavuş Novruzovdan maraqlı təklif: İcarəyə verək

Baxış sayı:
637

Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri və digər yeni tikililər var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir. Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər.
Muxalifet.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bu addım həmin rayonlara sərmayələr gətirə bilər.