​Şirkət işçisini öldürüb, maşını yandıran şəxs HƏBS EDİLDİ

Baxış sayı:
853

Ağstafa rayonunda Gəncə sakini 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyevi qətlə yetirərək maşınını yandıran şəxs saxlanılıb.
Report-un məlumatına görə, bu, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Mustafayev Elçin Məmməd oğludur.
Qeyd edək ki, qətlə yetirilən şəxs "Embavud" firmasında çalışırmış.
Hadisə ilə bağlı Ağstafa Rayon Prokurorluğunda 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.