Əsir İsrail əsgərlərindən İbranicə mahnı mesajı

Baxış sayı:
7312

Həmasın silahlı qanadı olan İzzeddin əl-Qəssam Tugayları əsir olan İsrail əsgərləri ilə əlaqədar bir video yayımlayıb.
 
Fələstindəki Qassam Briqadalarının rəsmi saytında dərc olunan ərəb dilinə tərcümə olunmuş İvrit mahnı videoları "Əsirlərdən gələn mesaj" adlanır.
Mahnı, "Dövlət üçün çox şey etdim. İllərcə əsarət altında şaşdım, qaldım. Dövlət mənə və əsgərlərinə qarşı vəzifəsini yerinə yetirəcəkmi? Gözyaşlarım bir dənizi doldurur. Qəlbim kömək istəyir, baxın mənə. Əsarət altında anama soruşuram. Azadlığa çıxa biləcəyəmmi"” sözlərini ehtiva edir.
İsrail ordusu əsir İsrail əsgərlərinin videoları haqqında hələ bir açıqlama verməyib.
İsraillilərin əsir hərbçilərin Qəssam Briqadaları tərəfindən tutulduğu açıqlanıb.
Həmas əvvəlki açıqlamalarında, İsrailin əlində olan Fələstinli məhbuslar azad edilməyənə qədər İsrail ilə danışıqların olmayacağını bildirmişdi.
Qeyd edək ki, Həmasın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 2016-cı ilin aprelində əlində 4 İsrail hərbçisinin olduğunu açıqlamış, əsgərlərin vəziyyəti haqqında isə məlumat verməmişdi.
İsrail isə əvvəl söz mövzusu əsgərlərdən Hadar Goldin və Oron Şaulun 2014-dəki Qəzza döyüşündə öldüyünü bəyan etmiş, ancaq İsrail Müdafiə Nazirliyi 2017-nin iyununda əsgərlərin vəziyyətini "itkin və əsir" olaraq elan etmişdi.
Müxalifət.az