​Şinzo Abe və Si Cinpin Şimali Koreyanın nüvə probleminin həlli barədə RAZILIĞA GƏLİBLƏR

Baxış sayı:
5380

Yaponiyanı baş naziri Şinzo Abe və Çinin Sədri Si Cinpin Şimali Koreyanın nüvə probleminin həlli məqsədilə əməkdaşlıq barədə razılığa gəliblər.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, mayın 4-də baş tutan telefon danışığı zamanı hər iki lider ötən həftə Şimali Koreya lideri Kim Çen Inın Cənubi Koreya Prezidenti Mun Ce-in ilə görüşünü və qəbul edilən bəyannaməni yüksək qiymətləndiriblər.
Hər iki ölkənin liderləri Şimali Koreyanın nüvə-raket proqramlarından imtina etməsi üçün bu ölkəyə qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarının həyata keçirilməsinin zəruriliyini qeyd ediblər.
Xatırladaq ki, mayın 9-da Tokioda Yaponiya, Çin və Cənubi Koreya liderlərinin üçtərəfli sammitinin keçiriləcəyi gözlənilir.