​Şimali və Cənubi Koreya bu məsələdə RAZILIĞA GƏLDİ

Baxış sayı:
2213

Şimali Koreya lideri Kim Çen In “düşmən qardaş” elan etdiyi Cənubi Koreyanın dəyirmi masaya oturmaq təklifini qəbul edib.
Muxalifət.az xəbər verir ki bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Cənubi Koreyanın ittifaq naziri Ço Myonq Qyon iki ölkə təmsilçilərinin 9 yanvar tarixində Qış Olimpiadalarına hazırlığı üçün aparılacaq müzakirələri Şimali Koreya ilə Cənubi Koreya arasında hərbi qüvvələrdən təmizlənmiş ərazidə etməsi tövsiyəsini verib.
Nazir olimpiada hazılıqları ilə yanaşı, iki ölkə arasındakı gərgin münasibətləri də masaya yatırmağa çalışacaqlarını bildirib.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In Yeni il bayramı ilə bağlı çıxışında Koreya Yarımadasında gərginliyin azadılması və qonşuları ilə münasibətlərin nizama salınması lazım olduğunu vurğulamışdı.