“Şimali Koreyaya qarşı dağıdıcı sanksiyaları dəstəkləməyəcəyik” - Rusiya XİN

Rusiyada keçirilən “Valday” forumu çərçivəsində bu ölkənin xarici işlər nazirinin müavini İqor Morqulov bildirib ki, Moskva Şimali Koreyaya qarşı dövlətin tənəzzülünə gətirib çıxara biləcək sanksiyaları dəstəkləməyəcək.
 
Diplomat daha sonra qeyd edib ki, Şimali Koreya yalnız son növbədə özünün nüvə proqramından əl çəkəcək.
“Dünən prezident Putinin mətbuat konfransında söylədiyi kimi, onlar ot yeyərlər, nüvə silahından əl çəkməzlər. Buna görə də, biz KXDR-ə növbəti sanksiya təzyiqinin məqsədlərini dəqiq anlamalıyıq. Əgər məqsədiniz bu ölkəni boğmaq, onu kollaps vəziyyətinə salmaqdırsa, Rusiya bunda iştirak etməyəcək”, - Morqulov vurğulayıb.