Şimali Koreyanın nüvə raketləri əldə etməsində ABŞ sərmayəsinin rolu olub - İDDİA

Baxış sayı:
2246

Ruslar amerikalıların verdiyi pullarla Pxenyana raket texnologiyası veriblər

“The Washington Post” qəzetinin yazarı Cobi Uorrik Şimali Koreyanın nüvə raketlərini əldə etməsi ilə bağlı heyrətamiz faktların açıqlandığı maraqlı bir yazı qələmə alıb.
Jurnalistin fikrincə, ABŞ özü bilmədən Pxenyan üçün nüvə raketinin yaradılmasında iştirak edib və yardım göstərib.
“Sovet İttifaqı dağıldqdan sonra ABŞ investorları və Rusiya alimlərinin bir qrupu Moskvanın strateji arsenalına daxil olan layihələrdən biri ilə bağlı anlaşma əldə edir. Söhbət sualtı qayıqlardan buraxılan raketlərin qurulmasından gedirmiş.
Amerikalı tərəfdaşlardan birinin sözlərinə görə, burada əsas ideya ABŞ-ın peyk şirkətləri ilə Rusiyanın silah laboratoriyası arasında əlaqənin qurulmasından və sualtı qayıqlardan atılan təhlükəli raketlərin dinc məqsədlərlə istifadə olunan daşıyıcı raketlərə döndərilməsindən ibarət imiş”.
Uorrikin yazdığına görə, amerikalılar hüquqi və bürokratik əngəllər ucbatından layihənin həyata keçirilməsi prosesini yarımçıq dayandırıblar. Ruslar isə onlara dərhal nağd pul təklif edən başqa bir tərəfdaşla, yəni Şimali Koreya ilə razılğa gəliblər. Cəmi iki il sonra sovet alimləri tərəfindən hazırlanan və olduqca mürəkkəb texnologiyaya malik raketlər Şiamli Koreyanın buraxılış qurğularında peyda olub.
Müəllif akademik Makeyev adına konstruksiya bürosunun sənədələrinə istinad edərək onlardan bəzilərinin Şimali Koreyanın raket sahəsində nailiyyət qazanmasını izah etdiyini yazır. Bu sənədlərin içində hətta yuxarıda bəhs edlən anlaşma ilə bağlı “reklam broşürləri” də var.
Həmin saziş əsasında yaradılan ABŞ-Rusiya birgə müəssisəsi “Sea Launch Investors”-un keçmiş vitse-prezidneti Kayl Gillman bu sənədlərin həqiqiliyini təsdiq edib.
Birgə müəssisənin maliyyələşdirdiyi və sonradan Pxenyanın əlinə keçən raketlərə nümunə olaraq Şimali Koreyanın “Xvason-10” və ya “Musudan” tipli qanadlı raketlərini misal göstərmək olar. Yazıda həmin raketlərin sualtı qayıqlardan buraxılması üçün nəzərdə tutulan “Zıb” R-17 tipli quruğularla eyni konstruktiv xüsusiyyətlərə malik olduğu göstərilir. 
Cob Uorrik həmin vaxt “Sea Launch Investors” şirkətinin təsisçilərinin rusiyalılarla birgə layihəni hazırlayarkən iki aktual qlobal problemin həll oluna biləcəyini düşündüyüü bildirir. 
Onlardan biri qlobal telekomunikasiya sahəsinə xidmət edəcək yeni peyklərin buraxılması üçün qurğulaırn çatışmazlığı ilə bağlı olub. Digəri isə Sovet İttifaqı ərazisində bu sahədə üzrə laboratoriya və zavodlarda çalışan alimlərin işsizlik məsələsinin çözülməsi imiş. 
“Sea Launch Investors”un əsasını qoyan amerikalılar bu layihənin Rusiyanın silah üzrə ekspertlərinin terrorçular və ya beynəlxalq birliyin tələblərinə boyun əyməyən təcrid olunmuş başqa dövlətin (məsələn, İranın) əlinə keçməsinin qarşısını ala biləcəyini fikirləşirdilər.
1992-ci ilin mayında ABŞ qərargah rəislərinin birləşiş komitəsinin keçmiş sədri (baş qərargah rəisi), istefada olan admiral Tomas Murer və Rusiyanın istefada olan admiralı Fyodor Novoselov arasında niyyət protokolu imzalanır. Bunun əsasında yaradılan müəssisə Makeyev adına konstruksiya bürosunun hazırladığı bəzi raketlərlə bağlı hüquqlar əldə edir. Bundan başqa müəssisə həmin məhsulların kommersiya məqsədləri ilə istifadə edilməsi üçün yuxarıda bəhs edilən bir sıra reklam broşürləri hazırlayır. Bunlar “R-27 “Zıb”, “R-29 “Ştil”, “R-39 “Rif”, həmçinin”Ştil” və “Rif”-in elementlərindən təşkil olunan “Priboy” raketləri imiş. 
Aylar keçir və amerikalı partnyorlar öz ölkəlrində bir əngəllə üzləşirlər. 1993-cü ilin aprelində ABŞ ordusunun baş qərargah rəisi general Kolin Pauell “Sea Launch Investors”-a layihənin “Strateji silahların məhdudlaşdırılması haqqında saziş”ə uyğun olaraq icazə alınmadan davam edə bilməyəcəyini söyləyir. Lakin icazə gəlib çıxmır və şirkət faktiki olaraq fəaliyyətini dayandırır. 
Elə həmin vaxtda da Makeyev adına KB-dan bir sıra çertyojlar və kopyalar yoxa çıxır. 1993-cü ilin avqustunda həbs olunan bir qrup rusiyalı alim özlərinin Şimali Koreyaya kömək üçün pulla ələ alındıqlarını etiraf etməli olurlar. 
“Sea Launch Investors”-un keçmiş vitse prezidenti Kayl Gilmannın sözlərinə görə, Qərb dövlətləri həmin vaxt cəld hərəkət etsəydilər, bir sıra məxfi layihələrin təhlükəsizliyini təmin etmək olardı. O, Qərb dövlətlərinin hərbi və kəşfiyyat idarələrini dayaz ağıllılıqda ittiham edib. 
Ceyms Martin adına nüvə silahının yayılmaması sahəsində araşdırma mərkəzinin analitiki Con Pollak “Xvason-10” və “Pukkıkson-1” rakeltərinin elə məhz Makeyev adını KB tərəfidnən hazırlanan R-27 raketlərinin əsasında qurulduğunu təsdiqləyib./Musavat.com