Şimali Koreyadan ŞOK QƏRAR – Trampla görüş ləğv edilir

Baxış sayı:
4735

Pxenyan Vaşinqtonu ABŞ-Koreya Xalq Demokratik Respublikası sammitini ləğv etməklə hədələyib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Yenxap” agentliyi bildirib.
Agentliyin məlumatına görə, buna səbəb Seul və Vaşinqtonun birgə hərbi təlimləridir. Həmçinin bildirilir ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edir.
Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp KXDR-in lideri Kim Çen Inla görüşünün tarixi və yerini açıqlamışdı.
“Mənim Kim Çen Inla çoxdan gözlənilən görüşüm iyunun 12-də Sinqapurda olacaq”, - Tramp tvitter səhifəsində yazmışdı.