​Şimali Koreya liderindən ƏMR: saat 10:30-dan başlayaraq...

Baxış sayı:
2309

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkəsi ilə Cənubi Koreya arasında “qaynar xətt”in açılması barədə tapşırıq verib.
Muxalifət.az TASS agentliyinə istinadən xəbər verir ki, “qaynar xətt” bu gün Bakı vaxtı ilə 10:30-da açılacaq.
Qeyd edək ki, Şimali Koreya bu il Cənubi Koreyada keçiriləcək qış Olimpiya oyunlarında iştirak etməyə razılıq verib. Koreyanın birləşməsi üzrə Cənubi Koreya nazirliyinin başçısı Ço Men Qyun Şimali Koreya idmançılarının beynəlxalq idman tədbirində iştirakı məsələlərinin müzakirəsi üçün Pxanmuncon demilitərizə edilən zonada yüksək səviyyədə görüşləri təşkil etməyi təklif edib.