​Şimali Koreya danışığa gəlir - Tramp

Baxış sayı:
2328

Şimali Koreyaya qarşı sanksiya və digər tədbirlər öz nəticəsini göstərməyə başlayır. Pxenyan Seulla danışmaq arzusunu dilə gətirib.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.
“Raket adam (Kim Çen İn) artıq Cənubi Koreya ilə danışmaq istəyir. Bəlkə də bu, yaxşı xəbərdir, bəlkə də yox. Görəcəyik”, - Tramp yazıb.