Şimal rayonlarına ilk qar yağdı — FOTOLAR

Baxış sayı:
3797

Azərbaycanın şimalındakı ucqar dağ kəndlərinə ilk qar yağıb. Muxalifet.az "Report"a istinadən xəbər verir ki, Qubanın dağlıq kəndlərinə qar yağıb. Qarın hündürlüyü 5-8 santimetr olub. Xüsusəndə rayonun Söhüb, Rük, Buduq, Dalıqaya, Zıxır, Girdah və digər dağlıq kəndlərinə qar yağıb. Qarın yağması təsərrüfatlara ziyan vurmasa da mal-qaranın çöldə otlamasına mane olub.