Şimal-Qərb bölgəsində ekstremal hava şəraiti - "AZƏRİŞIQ" ASC QABAQLAYICI TƏDBİRLƏR GÖRÜR

Baxış sayı:
7988

Sinoptiklərin xəbərdarlıq etdiyi kimi bu gün Azərbaycanın şimal-qərb rayonlarında, o cümlədən paytaxt Bakıda və Abşeron yarımadasında şiddətli küləklə müşaiyət olunan kəskin hava şəraiti hökm sürür.

Belə ki, güclü küləyin elektrik təchizatı təsərrüfatına vura biləcəyi ziyanı nəzərə alaraq "Azərişıq" ASC artıq dünəndən gücləndirilmiş iş rejiminə keçib. O cümlədən regional enerji təchizatı və satışı idarələrində əməkdaşlar, qəza xidmətinin müvafiq texnikası səfərbər olunub.

"Azərişıq" ASC-nin mətbuat xitmətinin rəhbəri Tanrıverdi Mustafayevin bildirdiyinə görə, güclü küləyin yarada biləcəyi fəsadları operativ olaraq aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görülüb.

 "Hazırda xüsusən şimal-qərb rayonlarında şiddətli küləklə müşaiyət olunan kəskin hava şəraiti ilə bağlı operativ məlumatlar alırıq, bəlli olduğu kimi belə hava şəraitində irigövdəli ağacların aşaraq hava xətlərini, dayaqları zədələməsi riski var. Bu səbəbdən əməkdaşlarımız gücləndirilmiş rejimdə çalışır, kəskin hava şəraiti ilə bağlı yaranan və ya yarana biləcək qəzaların nəticələri operativ aradan qaldırılacaq. Bütün zəruri hazırlıqlar görülüb, mal-material və texnika səfərbər olunub",-o bildirib.