Şiddətli DÖYÜŞLƏR GEDİR: Türkiyə ilk QƏLƏBƏSİNİ QAZANDI

Baxış sayı:
1733

Türkiyə Silahlı qüvvələri YPG-yə qarşı Afrində ilk qələbəsini qazanıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, ötən gecə Hatay vilayətinin Afrinin bölgəsinin qərbindəki Baliye kəndinə doğru Türkiyə hərbçilərinin dəstəyi və zirehli texnikanın tətbiqi ilə əməliyyat təşkil edilib.
Bölgədə olan rusiyalı jurnalistlər bunu “Afrin əməliyyatında türk ordusunun ilk qələbəsi” adlandırıb. Türkiyə ordusuna məxsus pilotsuz uçuş aparatları ilə YPG terrorçularına zərbələr endirilib.
Azad Suriya Ordusunun “Fərat Qalxanı” əməliyyatı ilə İŞİD-dən azad edilən Azez ve Maredən Afrinə irəliləyişi davam edir. Ötən gecə Azezdən cəbhə xəttinə Azad Suriya Ordusunun yeni birlikləri göndərilib.
Məlumata görə, hazırda Afrinin cənubundakı Şehba cəbhəsində ağır silahların tətbiqi ilə döyüşlər gedir. Bölgəni izləyən bir rus jurnalistin sözlərinə görə, ötən gecə YPG Azad Suriya Ordusu ilə döyüşdə ağır itkilər verib.