Sibirdəki yanğınlaırn əsas səbəbi elan edildi - insan faktoru

Baxış sayı:
4150

Sibir bölgələrində baş verən böyük meşə yanğınlarının əsas faktoru kimi odla ehtiyatsız davranış göstərilib.

Bu barədə TASS agentliyi Rusiya Fövqaladə Hallar Nazirliyinə istinadən xəbər yayıb.

Nazirlik nümayəndəsinin agentliyə verdiyi məlumatda alışma ocaqlarının əksəriyyətinin yol kənarlarında olmasının onları belə bir qənaətə gəlməyə sövq etdiyini bildirib.

Bundan başqa, qurum xilasedicilərin və hərbçilərin sayəsində meşə yanğınlarının ərazisini 25%-ə qədər, daha doğrusu, 1 milyon hektara qədər azaltmağa nail olduqlarını xəbər edib.

Hazırda aktiv yanğın sahəsi 57 min hektar təşkil edir. Bunun üçün 4 min hərbçi və 400 ədəd texnika cəlb olunbmuş.

Daha öncə isə yanğınların törəmə səbəbi olaraq bu il anormal keçən istilər, yağışların olmaması və quru külək göstərilirdi. Bundan başqa, yerli özünüidarəetmə orqanlarının, daha doğrusu, qubernatorların da səriştəsizliyi medianın hakimiyyətə yönəlik ciddi tənqidlər yönəltməsinə gətirib çıxamışdı.

Təkcə keçən həftə Rusiyadakı meşə yanğınlarının ərazisinin 3 milyon hektarı əhatə etdiyi bildirilmişdi. Hesablama palatasının göstərdiyi rəqəmlərə əsasən, dəyən zərər hələ ki, 2,4 milyard rubl (3,7 milyon dollar) dəyərində hesablanır.

Bütün bunlarla bağlı bir məsələ yada düşür: “Bir ağacdan milyon kibrit dənəsi hazırlamaq olar, bir kibrit dənəsi isə milyon ağacı yandırar”.