​Şiə qruplaşması bəyanat verdi: Hədəf ABŞ əsgəridir

Baxış sayı:
3331

İraqdakı Əl-Nücəba şiə silahlı qruplaşması Trampın Qüds qərarından sonra şərt açıqlama verib.
Muxalifət.az xəbər verir ki, qruplaşma qərarın İraqdakı ABŞ əsgərlərinə hücum etmək üçün əsaslı səbəb olduğunu bildirib.
“Trampın axmaq qərarı ABŞ qüvvələrini hədəf almaq üçün əsaslı bir səbəbdir və ümmətin canından bunları (İsrail) söküb tullamaq üçün böyük bir qığılcım olacaq”, - qruplaşma lideri Əkrəm əl-Kaabi deyib.
Qeyd edək ki, təxminən 10 min üzvü olan qruplaşma Haşdi-Şabi qruplaşması ilə ortaq maraqları təmsil edir.