​Şəhriyarın büstünə İranda BÖYÜK HÖRMƏTSİZLİK: söküldü və... - FOTO

Baxış sayı:
706

İranın Ərdəbil əyalətinin Parsabad şəhərində Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın büstü naməlum şəxslər tərəfindən sökülüb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, büstün kimlər tərəfindən sökülməsi bəlli deyil.
Məlumata görə, büstün sökülməsi barədə göstəriş vermiş bələdiyyə üzvü artıq prokurorluğa çağrılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Şəhriyarın xatirəsinə qoyulmuş büstün yerləşdiyi meydana 2 il əvvəl görkəmli şairin adı verilib.