Səhiyyə naziri əmr verdi - Bu kabinetlər uşaq müəssisələrindən çıxarılır
29-10-2018 12:27
Baxış sayı:
4987
Azərbaycanda şüa diaqnostikası şöbələrinin (kabinetlərin), şüa terapiyası və radioizotop diaqnostikası laboratoriyalarının uşaq müəssisələrində (körpələr evi, uşaq bağçası, məktəblər) yerləşdirilməsi qadağan edilib.
Bununla bağlı "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”da dəyişiklik edilib.
Sənədi səhiyyə naziri Oqtay Şirəliyev imzalayıb.
İndiyədək bu qadağa yalnız yaşayış binalarına aid idi.