​"Şəhid pulu istəyirlər, amma şəhidin adını yazmırlar" - AÇIQLAMA

Baxış sayı:
11842

“Vaxtilə sığorta ödənişi alan şəhid hərbi qulluqçuların vərəsələri tərəfindən 200-dən çox ərizə daxil olub. Onlar arasında kollektiv formada və ya fərdi qaydada ərizələr var”.
Bunu Azərbaycan Dövlət Sığorta Kommersiya Təşkilatının İdarə heyətinin sədr müavini Aftandil Hacıyev deyib.
Onun sözlərinə görə, daxil olan şikayətlərin 20-30 faizi araşdırılıb.
"99 nəfər şəhid pulu almadığına görə ərizə yazıb. Onlar heç ad yazmayıb və hansı şəhidin yaxını olduğunu demirlər. Sadəcə nömrə qoyublar. Biz onların hər biri ilə əlaqə saxlamışıq. Gələn hər bir şikayət araşdırılır. Digərlərinə isə aidiyyəti qurumlardan sənəd alındıqdan sonra cavab veriləcək".