​Şəhid polis əməkdaşlarının ailələri ilə görüş keçirildi – GORANBOYDA

Baxış sayı:
4942

Goranboyda şəhid polis əməkdaşlarının ailələri ilə görüş keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, görüşün əvvəlində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşü giriş sözü ilə açan Goranboy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov bildirib ki, bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, elə tarixi hadisələr var ki,  heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır,  insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər Vətənin,  millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır.  Bucür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgisi olduğu üçün şəhadət mərtəbəsinə ucalırlar. “Goranboy RPŞ-nin 16 əməkdaşı da bu müqəddəs zirvəyə ucalıb ki,  onlardan biri-Ənvər Fərəcov- ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”  adına  layiq görülüb. Bu gün də həmin 16 igidimiz həmkərları tərəfindən fəxarətlə yad edilir, onları özlərinə nümunə götürürlər”.
Daha sonra polis polkovniki dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. O, qeyd edib ki, 28 yanvar 2019-cu il tarixində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının bariz nümunəsidir.
Sonra söz şəhid ailələrinin nümayəndələrinə verilib. Şəhid qardaşları Mahir Aslanov,  Murad Həsənov və başqaları çıxış edərək onlara daim  qayğı ilə  yanaşan ölkəmizin başcısına minnətdarlıq ediblər.
Tədbirin sonunda Goranboy RPŞ tərəfindən şəhid ailələrinin üzvlərinə humanitar yardım göstərilib.


Muxalifet.az