​Seul və Pxenyan olimpiya oyunlarını müzakirə edəcək

Baxış sayı:
5116

Cənubi və Şimali Koreya arasında gözlənilən danışıqlarda əsas mövzu Koreya Xalq Demokratik Respublikası (KXDR) idmançılarının Koreya Respublikasının Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakı məsələsi olacaq.
Muxalifet.az xəbər verir ki, bunu Koreya Respublikası Prezidenti Ofisinin rəsmisi bəyan edib. Bildirilib ki, tərəflər bu məsələni həll edəndən sonra iki ölkə arasında münasibətlərin inkişafına dair məsələləri də müzakirə edə bilərlər.
Qeyd edək ki, KXDR lideri Kim Çen In yeni il müraciətində ölkəsinin qış Olimpiya Oyunlarında iştiraka hazır olduğunu bəyan edib. Bundan sonra hər iki tərəf məsələnin müzakirəsi üçün danışıqların keçirilməsi ilə bağlı hazırlığa başlayıb.