Serbiyada hələ də çoxları bu zərbəyə pis baxır - Stoltenberq

Baxış sayı:
3682

1999-cu ildə Yuqoslaviyanın bombardman edilməsi ölkə başçısı Slobodan Miloşeviçdən dinc əhalinin qorunması məqsədi daşıyırdı.
Bu sözləri NATO rəhbəri Yens Stoltenberq Belqradda tələbələrlə görüşündə deyib.
“Serbiyada hələ də çoxları bu zərbəyə pis baxır. Bu, Miloşeviç rejiminin növbəti fəaliyyətinin qarşısını almaq üçün edilmişdi”, - Stoltenberq deyib.
Baş katib serb xalqını gələcəyə baxmağa çağırıb və NATO-nun Serbiya və Kosovo arasındakı fikir ayrılığını aradan qaldırılmasından yana olduğunu bildirib.