SEPAH-a yeni komandan təyin edildi

Baxış sayı:
1504

İranın Ali dini lideri Ayətullah Əli Xamanei İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yeni rəhbər təyin edib.
Muxalifet.az Tasnim-ə istinadən xəbər verir ki, bundan sonra briqada generalı Hüseyn Salami SEPAH-ın komandanı vəzifəsini icra edəcək.
O, bu vəzifədə Məhəmməd Əli Cəfərini əvəzləyib.