Senatorlardan Trampa çağırış: “Səudiyyə ilə müzakirələri kəs”

Baxış sayı:
8440

ABŞ-ın bir qrup Respublikaçı senatoru, jurnalist Camal Qaşıqçı cinayətinə görə, Səudiyyə Ərəbistanı ilə keçirilən dinc nüvə danışıqlarının kəsilməsi üçün prezident Donald Trampa məktub göndərib.
 
ABŞ-ın Florida ştatının senatoru Marko Rubionun rəhbərlik etdiyi 5 senatordan ibarət olan qrup, Qaşıqçı cinayətinə dair prezident Donald Trampa məktub göndərərək, Səudiyyə rəhbərliyi ilə bağlanan müqavilələrin gözdən keçirilməsini istəyib.
ABŞ mediasında dərc olunan məktubda, senatorlar, Camal Qaşıqçı-nın öldürülməsindən əvvəl də Səudiyyə Ərəbistanı ilə aparılan nüvə əməkdaşlığı müqaviləsi mövzusunda narahat olduqlarını, ancaq işlənən cinayətin Səudiyyə Krallığı haqqında eşitdikləri şübhələri artırdığını vurğulayıb.
Məktubda, bu ifadələrə yer verilib:
“Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın öldürülməsinə yönəlik gün üzünə çıxmağa davam edən gerçəklər Səudiyyənin Yəmən və Liviya məsələsindəki mövqeləri, Səudiyyə Ərəbistandakı mövcud qərar vericilərin şəffaflığı, məsuliyyəti və mühakiməsinə dair ciddi narahatlıqlar doğurdu. Bu səbəblə, ABŞ-Səudiyyə mülki nüvə razılaşması ilə bağlı bütün danışıqları təxirə salmağınızı xahiş edirik."
Senatorlar, Trampın etdikləri müraciəti görməzdən gəldiyi təqdirdə, iki ölkə arasında nüvə sazişini əngəlləmək üçün “Atom Enerjisi Məcəlləsindəki" maddələrə müraciət edəcəklərini bildirib.
Müxalifət.az