Şehiçin cəzalandırılması ilə bağlı "Qarabağ"dan AÇIQLAMA - YENİLƏNDİ

Bununla əlaqədar olaraq klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq.
N.İbrahimovun verdiyi məlumata görə, cəzalandırma barədə yayılan informasiyalar tamamilə absurddur:
“Komandanın heyəti hələ 3-cü gün ölkəyə ayaq basıb. Dünən isə yüngül məşqlərə başlayıb. Bizim Şehiçi cəzalandırmağa heç vaxtımız olmayıb. Şehiç əvvəlki kimi əsas heyətdə məşqlərinə davam edir”(Publika.az).

*** 09:58
Qurban Qurbanov qapıçı Şehiçi CƏZALANDIRDI

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib.
 
Futbol11.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulardan birini cəzalandırıb.
Məlumata görə, çalışdırıcı uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Şehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.
Qeyd edək ki, 29 yaşlı "çərçivə qoruyucu"su Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi" ilə matçda kobud səhvlərlə yadda qalıb.