​Seçkilərə görə imtahanların tarixi dəyişdirilir?

Baxış sayı:
5752

Prezident seçkilərinə görə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlar təxirə salınmayacaq və onların vaxtı dəyişdirilməyəcək.
Bu sözləri Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, imtahan cədvəli əvvəldən müəyyən edilib: “Seçki və imtahanın vaxtında heç bir kəsişmə yoxdur. Ona görə də imtahanlar təxirə salınmayacaq və elan edilən vaxtda keçiriləcək”.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin olunub./apa/