Seçki ərəfəsində məmurlar haqqında tənqidi materiallar hara “yoxa çıxdı”? – SENSASİON TƏHLİL

Baxış sayı:
15538

 
Son dövrlərdə elektron KİV-lərdə subyekti nazirlər, icra başçıları və digər mühüm vəzifələri tutan məmurlarlar olan tənqidi yazıların sayında kəskin azalma diqqəti cəlb edir. Mətbuatda gedən yazıların məzmunu isə daha çox ümumi, konkret faktları əks etdirməyən məlumatlar olur ki, onlar da ümumilikdə 3-4 sayt vasitəsilə işıqlandırılır. Son 6 ayın məlumatlarının təhlili göstərir ki, fevral ayında yazıların çoxu köhnə tarixlərdə KİV-lərdə gedən informasiyalar olub. Digər tərəfdən, fevraladək toplanılan məlumatların və mənbələrin sayında kəskin artım müşahidə edilsə də, bu aydan sonra nəzərə çarpacaq dərəcədə azalma qeyd edilir. Bunu həftəlik statistik göstəricilərlə nəzərdən keçirək:
 


 
Hər iki cədvəldən də göründüyü kimi, noyabr ayından başlayaraq məmur, icra başçıları və deputatlar haqqında yazılan neqativ yazıların sayındakı cüzi azalmaları nəzərə almasaq, bu tip informasiyalar 2018-ci ilin yanvar ayına qədər demək olar ki, artan xətlə inkişaf etmişdir. 08-14 yanvar 2018-ci il tarixlərində isə məlumatların sayı özünün pik həddinə - 205 məlumata çatmışdır. Lakin, 05 fevral 2018-ci il tarixindən təhlil edilən məlumatların sayı bəzi hallarda yüksəlsə də, ümumilikdə azalan xətt üzrə dəyişmişdir. Belə ki, həmin materialların sayı qeyd edilən tarixdən iki dəfədən çox azalmış, 12-18 mart tarixlərində özünün minimal həddinə düşmüşdür – cəmi 38 məlumat.
Bəs nə baş verdi ki, məmur, icra başçıları və deputatlar haqqında yazılan neqativ yazıların sayı qəfildən bu qədər azaldı? Bu sualın cavabını ilk baxışdan ölkədəki mühüm siyasi proseslərlə aydınlaşdırmaq olar. Belə ki, məlum olduğu kimi, 05 fevral 2018-ci il tarixində ölkə başçısı İlham Əliyev 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə fərman verdi. Düşünürük ki, məlum suala cavab tapmaq üçün ilk olaraq bu məqama diqqət yetirməyə dəyər. Ancaq o məsələ də maraqlıdır ki, barəsində neqativ yazılar dərc olunan məmurlar qeyd edilən seçki qərarı verildikdən sonra bütün nöqsanları aradan qaldırdılar, yaxuda daha yaxşı işləməyə başladılar ki, tənqidi meterialların dərc olunması kəskin azaldı? Əlbəttə, belə deyil. Bu məsələni bir neçə variantda izah etmək mümkündür:
Birincisi, məmurlar yeni prezident seçkilərindən sonra özləri və vəzifələrini sığortalamaq üçün mətbuatla daha “sıx” iş apararaq, barələrində yazıla biləcək yazıların əvvəlcədən qarşısını almağa çalışırlar.
İkincisi, KİV-lər məlumatları yayımlamayaraq özlərini sığortalayırlar, yəni dost mövqeyi sərgiləyirlər(Hərçənd ki, bu iddia birinciyə nisbətən o qədər də inandırıcı deyil).
Üçüncüsü, tənqidi materialların azalması kiminsə və ya kimlərinsə maraqlarına xidmət edir. Bu halda isə belə qənaətə gəlmək olar ki, KİV-lərin ayrı-ayrı məmurların nəzarəti altında olması haqda əvvəllərdə qeyd edilən məlumatlar bir daha özünü təsdiq edir. Anlaşılan odur ki, KİV-lərə diqtə etməyə qadir olan və seçkinin problemsiz keçirilməsinə hamıdan çox maraqlı olan məmur və ya məmurlar neqativ məlumatların yayılmasını öz təsir qüvvələrindən istifadə edərək əngəlləyir.
Zənnimizcə, mövcud şəraitdə sonuncu ehtimal birinci və ikinciyə nisbətən daha çox diqqəti cəlb edir...

Muxalifet.az