​"Sədərək"də iranlı vətəndaşın başına iş gəldi - VİDEO

Baxış sayı:
5356

Bakıda xarici vətəndaşın pulqabısını itirməsi və onu iki nəfərin taparaq götürməsi təhlükəsizlik kameralarına düşüb. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Maştağa qəsəbəsi, Məktəbli döngəsində yaşayan İran İslam Respublikası vətəndaşı Davud Cəmşidi Şahsuvar oğlu ərizə ilə polisə müraciət edərək bildirib ki, "Sədərək" Ticarət Mərkəzində alış-veriş edərkən içərisində 11 700 Belarus rublu, 250 ABŞ dolları, 280 avro və 150 AZN olan pul kisəsini itirib. Təhlükəsizlik kameralarına baxış keçirilən zaman aydın olub ki, D.Cəmşidi pulqabını düşürdükdən bir qədər sonra ora gələn kişi və qadın onu yerdən götürüblər və bir müddət sahibini axtarıblar. Sonra da pulqabını özləri ilə aparıblar. Həmin şəxslərdən pulqabını 10-cu Polis Bölməsinə gətirib vermələri, yaxud DİN-in "102" xidmətinə, 012-445-22-22, 050-518-23-03, 050-626-74-94 nömrələrinə məlumat vermələri xahiş olunur.