Sədr müavini vəfat ETDİ

Baxış sayı:
3868

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, naşir Nazim İbrahimov vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə  Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Qeyd edək ki, İbrahimov Nazim Sadıq oğlu 1935-ci ilin 1 fevralında Bakıda anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca geoloq-geofizikdir, elmlər namizədi olub. 1957-1970-ci illərdə mühəndis-geoloq, partiya rəhbəri, ekspedisiya başçısı, Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971-1980), Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980-1988), 1991-ci ildə Azərbaycan Elmlər Akademiyası prezidentinin müavini, 1991-1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının baş redaktoru, 1993-2005-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru olub.

1975-ci və 1990-cı illərdə - Azərbaycan SSR Ali Sovetinin deputatı, Respublika Ali Sovetinin plan-büdcə komissiyasının sədri olub. Elmi tədqiqatla məşğul olub.

1995-2004-cü illərdə - Olimpiya Komitəsinin üzvü, Azərbaycan Tennis Federasiyasının prezidenti, həlledici səslə Beynəlxalq və Avropa Tennis Federasiyasının üzvü olub.