​Əsədin əmisinin 700 milyonu MÜSADİRƏ EDİLDİ

Baxış sayı:
8596

Fransa və İspaniya gömrük idarələri Suriya Prezidenti Bəşər Əsədin əmisi Rifat Əsədin 691 milyon avro dəyərindəki əmlakını mənimsəyiblər.
Bu barədə informasiyanı “Le Fiqaro” qəzeti yayıb. Qəzet Parisin bu addımı 2016-cı ildə ölkədə Rifat Əsədə qarşı başladılan istintaqla əlaqədar atdığını bildirib.
Qeyd edək ki, Fransa Əsədi korrupsiyada ittiham edir.
Rifat Əsəd Suriyanın eks-prezidenti Hafiz Əsədin qardaşıdır. O, 1983-cü ildə dövlət çevrilişinə cəhddə ittiham edilərək ölkədən sürgün olunub./axar/