Əsəddən təhlükəli addım: Bölgə Türkiyənin nəzarətindədir

Baxış sayı:
3766

Suriyada Bəşşar Əsəd rejimi və havadarları, “Fərat Qalxanı” hərəkatı ilə terrorçulardan təmizlənilən bölgələrin qarşısındakı cəbhə xətlərinə də hərbi güc toplamağa başlayıb.
 
Bölgədəki Anadolu Agentliyinin müxbirlərinin bildirdiyinə görə, Əsəd qüvvələri, terrordan təmizlənən Fərat Qalxanı zonasının qarşısındakı
terror təşkilatı YPG/PKK işğalında olan Deyr Camal, Tel Rifat, Eyn Dakne, Ahras, Harbil, Umgura, Umhuş regionlarına və Bab rayonu qarşısındakı Tadif bölgələrinə hərbi daşımalar həyata keçirib.
Rejim bölgəyə piyada ünsürləri ilə yanaşı, çox sayda tank, zirehli maşın, artilleriya və raket batareyası və ağır silah da sövq edib.
Hərbi daşımalarla Əsəd rejimi, Bab və Azez şəhərləri qarşısında terror təşkilatı YPG/PKK ilə birgə nəzarət etdiyi xətti gücləndirmək işini davam etdirir.
Müxalifət.az