Əsəddən "Ərdoğanla görüşəcəksinizmi" sualına TƏƏCCÜBLƏNDİRİCİ CAVAB: "Əgər..."

Baxış sayı:
6142

“Əgər bir araya gəlmək nəticə verəcəksə, ölkələrin maraqları üçün hər şeyin həyata keçirilməsinin vacib olduğunu söyləyə bilərəm”.
Muxalifet.az
xəbər verir ki, bunu Suriya rejiminin rəhbəri Bəşər Əsəd “Prezident Ərdoğan ilə görüşərsinizmi” sualına cavab olaraq deyib.
Dövlət televiziyasında Suriyanın taleyi ilə bağlı sualları cavablandıran Əsəd bildirib ki, söhbət ölkələrin maraqları olanda, şəxsi duyğuları bir kənara qoymaq lazımdır.
Bağdadinin İdlib şəhərində öldürülməsi məsələsinə gəlincə, Əsəd “Onun yox edilməsi məsələsində Amerika qurumları ilə heç bir əlaqəmiz olmadı. Daha da əhəmiyyətlisi, bu əməliyyatın həqiqətən keçirilb-keçirilmədiyini bilmirik” sözlərini deyib. O, ABŞ-ın hələ ki, Əsədin öldürülməsinə dair hər hansı dəlil təqdim etmədiyini, Suriyanın bu məsələdə yardımçı olduğunu isə xəbərlərdən öyrəndiklərini deyib.
Əsəd terror ideologiyası yaşadığı müddətcə Bağdadi və digər terrorçuların ölümünün heç bir işə yaramayacağını dilə gətirib.