Əsəd və Rusiya İdlibi bombaladı

Baxış sayı:
8395

Əsəd rejimi və Rusiyaya aid döyüş təyyarələri İdlib Gərginliyi Azaltma Bölgəsi sərhədləri içərisindəki məskunlaşma yerlərini bombardman edib. Döyüş təyyarələri dünən gecədən etibarən İdlib Gərginliyi Azaltma Bölgəsi sərhədləri içərisindəki Xan Şeyxin və Keferruma mahalı ilə Bsida, Marrıthırme, Keferya, Keferavid kəndlərinə hücum təşkil edib. Mülki Müdafiə (Ağ Beretlilər) qaynaqlarından alınan məlumata görə, Xan Şeyxin mahalında 4-ü uşaq olmaqla, 8 nəfər, Keferya kəndində isə 3 adam həyatını itirib. Çox sayda insan isə yaralanıb. Hərbi müxaliflərə aid təyyarə izləmə təşkilatı Xan Şeyxin mahalında təşkil edilən hava hücumuyla əlaqədar sosial mediadan etdiyi açıqlamada, "Rus döyüş təyyarəsi Hımeymim bazasından havaya qalxdı" deyə qeyd edib. Müxalifət.az