​ƏSƏD ŞİRAKDAN ALDIĞI ORDENİ FRANSAYA GERİ QAYTARDI

Baxış sayı:
3295

Suriya Prezidenti Bəşər Əsəd Fransa dövləti tərəfindən 17 il əvvəl layiq görüldüyü Fəxri Legion Ordenindən imtina edib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Suriya prezidentinin Tvitter hesabında yazılıb.
“Ordenin qaytarılması qərarı Fransanın 14 aprel tarixində ABŞ və Böyük Britaniyanın Suriya qarşı təcavüzündə iştirakına cavab olaraq verilib”, - qeyd olunub.
Qeyd edək ki, Əsəd Fəxri Legion Ordeninə 2001-ci ildə layiq görülüb. Ona bu orden Fransaya səfəri zamanı eks-prezidenti Jak Şirak tərəfindən verilib.