Əsəd rejiminin PKK və İŞİD-ə yerləşdirdiyi 70 CASUS “PKK-lı”

Baxış sayı:
4804

Hələbin keçmiş prokuroru Ənvər Mecni, Suriyada vətəndaş müharibəsinin başlaması ilə birlikdə 13 mindən artıq məhbusu sərbəst buraxan Əsəd rejiminin bu insanları kəşfiyyat təşkilatının əli ilə PKK və İŞİD-in içinə yerləşdirdiyini deyib. Mecni, buraxılanlardan 70-nin hazırda PKK-nın üst səviyyə rəhbərlikdə təmsil olunduğunu qeyd edib.
 
Hələb Universitetinin Hüquq Fakültəsindən 1996-ci ildə məzun olduqdan sonra ölkənin müxtəlif bölgələrində prokurorluq vəzifələrində çalışan Ənvər Mecni, “Yeni Şəfəq” qəzetinə açıqlama verib. Rejim tərəfindən ifrat ünsürlərin eynilə İraq nümunəsində olduğu kimi, dəstəkləndiyinə diqqət çəkən Hələbin keçmiş prokuroru Mecni, 2011-ci ildə vətəndaş müharibəsinin başlanması ilə bu cinayətkarların şüurlu olaraq sərbəst buraxıldığını bildirib. Başda İŞİD və PKK olmaqla, Suriyada döyüşən bütün terror amillərinin Sidnaya, Adra və Tedmur kimi həbsxanalarda bir növ təlimdən keçirildiyini bildirən Mecni, hazırkı PKK-nın yüksək səviyyə rəhbərliyində 70 nəfər Əsəd rejiminin buraxdığı şəxslərin olduğunu qeyd edib. "Tedmur, Sidnaya, Adra və Xama kimi həbsxanalarından 13 mindən artıq terrorçu sərbəst buraxıldı. 2011-2012 illər dövründə buraxılanların hamısı Əl Muhaberat təşkilatının əli ilə terror təşkilatlarına yerləşdirilib və bu məsələdə ABŞ-ın İraqdakı Əbu Gureyb modeli nümunə alındı" deyən Mecni bunları söyləyib:
 
30 MİN NƏFƏR İŞGƏNCƏYLƏ
 
"Biz xalq olaraq sinif, ideologiya, etnik fərqi qoymadan despot idarəyə qarşı üsyan qaldırdıq. Bəşşar və atası Hafiz Əsəd, xalqın iradəsini yox sayaraq 40 il ərzində hökm sürdülər. Biz Suriya xalqı olaraq ayağa qalxdıq. Ancaq İŞİD, PKK kimi ünsürlər inqilabı etnik və ideoloji ölçülərə sürüklədilər. Terrora dəstək verərək müqaviməti qırmaq strategiyası Əsədin bombalarından daha təsirli bir üsul idi və uğurlu da oldu. Bir tərəfdən minlərlə terrorçunu sərbəst buraxan Dəməşq rəhbərliyi, Suriyanın hər tərəfindən 250 min inqilab tərəfdarı günahsız vətəndaşı həbsə atdı. Bunlardan 30 min nəfəri vəhşicəsinə qətlə yetirildi. Qeydiyyatlı terrorçuları bağışlayan zehniyyət, qadın-kişi ayrı-seçkiliyi etmədən yüz minlərlə vətəndaşı dəhşətli işgəncələrlə öldürdü".

PKK VƏ İŞİD-dən FƏRQSİZ
 
"Dəməşq 215 Hüquq-mühafizə orqanı adlandırılan hərbi xəstəxanada 11 min mülki şəxs, işgəncə altında can verdi. Əlavə olaraq "Məhkəmə Meydanı deyilən fövqəladə səlahiyyətlərlə təchiz olunmuş məhkəmə isə 13 min Suriyalını edam etdirdi. Əsədin hakim olduğu hər bölgədə onlarca həbsxana var. Cinayətkar deyərək zindana atdıqları on minlərlə dinc sakinə qeyri-insani hər cür işgəncə verirlər. Dəməşq, Xüms, Dəraa, Deyrizor və Hələb başda olmaqla, ölkənin hər yanında kütləvi məzarlar var. Baas rejimi bu baxımdan PKK və İŞİD-dən fərqsiz hərəkət edir. Bizim xalqımız tam yekun Əsəd və havadarlarının əlində əsir vəziyyətdədir".
Müxalifət.az