Əsəd ordusunun yeni “Münbiç” iddiası

Baxış sayı:
10843

Suriya Müdafiə Nazirliyi təxminən 400 PYD / PKK üzvünün Münbiçi tərk etdiyini və Fəratın şərq tərəfinə çəkildiyini iddia edib.
 
Qeyd edək ki, Türkiyənin Fəratın şərqinə yönəlik əməliyyat başladığı təqdirdə terror təşkilatı PYD / PKK, Suriyanın Münbiç şəhərini rejim qüvvələrinə təhvil verəcəyini açıqlamışdı.
 
SURİYADAN YENİ İDDİA
 
Suriya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, təxminən 400 PKK / PKK üzvü Münbiçi tərk edərək Fəratın şərqinə çəkilib. Açıqlamada, PKK qrupunun 30-dan çox nəqliyyat konvoyu ilə çəkildiyi qeyd olunub. Suriyanın bu iddiasının da təxribat xarakterli olduğu və beynəlxalq ictimai rəyə hesablandığı bildirilir.

Müxalifət.az