​Əsəd Krıma gəlmək istəyir

Baxış sayı:
22282

Suriya Prezidenti Bəşər Əsəd Krım və Sevastopola səfər etmək istəyir. Muxalifet.az xəbər verir ki, bunu Bəşər Əsədlə Dəməşqdə görüşən Rusiya deputatlarından ibarət nümayəndə heyətinin üzvü Dmitri Belik deyib. Belik Əsədin bu arzusunu Sevastopolla Tartus vilayəti arasında əməkdaşlıq müqaviləsi imzalanan zaman dediyini bildirib. Qeyd edək ki, bundan öncə Əsəd Krımın Rusiyaya anneksiyasını tanıdığını bildirmişdi.