Əsəd ilə YPG terrorçuları arasında 5 MADDƏLİK SAZİŞ

Baxış sayı:
3364

Afrindəki çirkli bazarlığın detalları bəlli olub. Afrinə daxil olacağı bildirilən Suriya Ordusu, rayonu təslim almaq üçün PKK/YPG-yə 5 şərt təqdim edib və təşkilata 2 gün möhlət verib.
 
Türkiyənin “Zeytun Budağı” hərəkatı ilə Afrində küncə sıxışdırılan PKK/PYD, Suriya Ordusunun şərtlərini qəbul edərək ağ bayraq qaldırıb.
 
HMEYMİMDE GÖRÜŞÜBLƏR
 
Afrindəki PKK/PYD terrorçuları Türk Silahlı Qüvvələrinin (TSQ) həyata keçirdiyi hərəkat nəticəsində bu günə qədər 1641 itki verib. Türk Ordusunun irəliləyişini dayandıra bilməyən PKK/PYD, Suriya Ordusunu Afrinə çağıraraq nəzarəti ələ almasını istəyib.
18 fevrala keçən gecə Suriya hökuməti rəsmiləri və PYD-lilər arasında Lazkiyedəki Rus bazası Hmeymimde görüş baş tutub. Görüşdə Suriya Ordusunun Afrinə giriş şərtləri müzakirə edilib. Suriyanın şimalındakı PYD/YPG-yə sözçülük edən Badran Jia Kürd adlı bir səlahiyyətli, “Reuters” Xəbər Agentliyinə verdiyi açıqlamada, PYD/YPG və Dəməşq rəhbərliyinin, Suriya Ordusunun Afrin girməsi üçün razılığa gəldiyini deyib.
 
5 ŞƏRT TƏQDİM OLUNUB
 
Suriya hökumətinin görüşdə PKK/PYD-yə Afrinə giriş üçün 5 şərt təqdim etdiyi bildirilir:
 
1- Afrindəki bütün rəsmi qurum və təşkilatlar dövlətə təslim ediləcək,
2- Afrin mərkəzi və ətrafındakı PKK/YPG-nin yerləşdiyi 52 hərbi mövqe və binalar Suriya Ordusuna təhvil veriləcək.
3- Yüngül və ağır bütün silahlar Suriya Ordusuna təslim ediləcək.
4- YPG-nin vətəndaşlara payladığı silahlar Suriya Ordusuna təslim ediləcək.
5- 18 yaşını çatmış gənclər Suriya Ordusuna qatılacaq.
Müxalifət.az