Əsəd ilə YPG niyə ANLAŞA BİLMƏDİ - SƏBƏB

Baxış sayı:
3373

Hələbin şimalında Şehba qəsəbəsində Rusiyanın vasitəçiliyi ilə bir araya gələn terror təşkilatı PYD/PKK ilə Əsəd rejimi arasındakı görüşdə razılıq əldə olunmayıb.
 
Terror təşkilatı YPG ilə Əsəd rejiminin simvolik Afrin mübadiləsinin baş tutmamasının səbəbi ortaya çıxıb.
 
YPG SİLAHI TƏHVİL VERMƏYİ RƏDD EDİB
 
Əsəd rejimi, Afrindəki bütün PYD/PKK üzvü terrorçuların silahlarını təhvil verərək təslim olması şərtini qoyduğu üçün təşkilat bunu qəbul etməyib və bu xüsusda danışıqların davam edəcəyi bildirilib.
Rejim bütün bunlara rəğmən hələ də məsələyə münasibətdə səssizliyini qoruyur. PYD/PKK-nın Afrin üzrə başçısı, təşkilatın mətbu orqanında Türkiyəyə qarşı dəstək vermək istəyənlərdən imtina etməyəcəklərini bildirib.
Terroçubaşı kimsəni rəsmi olaraq Afrinə dəvət etmədiklərini iddia edib.
Ancaq Şimali İraqda yayımlanan “Kurdistan 24” televiziya kanalına danışan Əlcəzairə kantonunun müdafiə heyətinin başçısı Rezan Gilo, rejim ilə Afrinin sərhədlərinin qorunması üçün müzakirə içində olduqlarını qəbul edib.
Gilo, rejimin silahları təslim almaq istədiyi üçün anlaşmanın baş tutmadığını da deyib.
Müxalifət.az