Əsəd ilə terrorçu YPG-nin gizli müqaviləsi - TƏHLİL

Baxış sayı:
2116

Jurnalist Handə Fərat, bugünkü yazısında, Türkiyə prezidenti Ərdoğanın yeni əməliyyat siqnalını təhlil edib, Əsəd ilə YPG-nin gizli müqaviləsinin detallarını yazıb və PKK-nın terrorçu cəlb etməkdə çətinlik çəkdiyi üçün muzdlu döyüşçü taktikasına keçdiyini bildirib. “Hürriyyət”-in müəllifi Handə Fərat, prezident Rəcəb Tayyib Ərdoğanın yeni əməliyyat siqnalını analiz edərək, hazırda dövlətin qarşısında YPG-Əsəd gizli müqaviləsinin olduğunu, işin içində ABŞ-ın da varlığını bildirib və rejimlə terrorçular arasındakı anlaşmanın 6 maddəsini açıqlayıb. Fərat, PKK-ya qoşulanların nisbətinin düşdüyünü, terrorçuların adam tapmaqda çətinlik çəkdiyi üçün muzdlu döyüşçü taktikasına keçdiyini ifadə edib. Handə Fəratın bugünkü yazısından: "Sərhədlərimizin o tayındakı terrorçular rahat yatmır, bilirlər ki, bir gecə qəflətən gələ bilərik. Çox yaxında bu gün paqonlarını taxan xüsusi təyinatlı komandolarımızla Fəratın şərqindəki terror yuvalarını da darmadağın edəcəyik". Prezident Ərdoğan, Fəratın şərqi ilə bağlı mesajını bu dəfə də İspartadan verdi. Bu açıqlamanın zamanı xüsusi önəm daşıyır. Çünki dövlətin qarşısında PYD/YPG-nin Suriyanın şimalında muxtariyyət verilməsi məqsədilə Əsəd rejimi ilə apardığı gizli danışıqların məzmunu var. Gizli görüşlərdə maddə maddə aparılan bazarlığa diqqət edək. Bu sövdələşmə ABŞ-ın da necə dövrədə olduğunu bir daha nümayiş etdirir. 1. Suriya Neft Nazirliyinin başına Kürd bir şəxsin gətirilməsi. 2. PYD/YPG mövcud neft gəlirlərinin 25 faizini rejimə təhvil verə, əvəzində rejim də mühəndislik dəstəyi verərək mövcud istehsal gücünü artıra bilər. 3. Deyr Əz Zor neft quyuları ilə qaz yataqları rejim ilə birgə işlədilə bilər. 4. Rejim PYD/YPG-yə emal olunmuş mazut və benzin verir. 5. Mazut və benzin təminatının ABŞ-lı bir şirkət vasitəsilə aparılması. 6. Tabka Su Bəndindən təşkilatın nəzarətindəki sahələrə enerji nəql xətlərinin çəkilməsi. Bazarlıq davam edir. ABŞ-ın silahlarla dəstəklədiyi terror təşkilatı Fəratın şərqində enerji mənbələrindən pul qazanır. Terror təşkilatının nəzarət etdiyi enerji mənbələrinə gəlincə: -Rakkadaki Tabka Su Bəndi və Münbiçdəki Tişrin Bəndi -Al Omar, Tanak, Azrak, Galban kimi mühüm 17 neft və qaz quyuları Terror təşkilatı təkcə neft ticarəti üzərindən hələlik 2 milyard lirəyə yaxın gəlir əldə edir. Bu gəlirin haraya getdiyini təxmin etmək heç də çətin deyil. Yeni taktika: Muzdlu terrorçu Gələk məsələnin digər aspektinə. Həmin imkanlar PKK-nın da iştahını coşdurur. Hesabatlarda PKK-nın YPG üzərindəki hər cür hakimiyyətini daha da möhkəmləndirmək cəhdində olduğu bildirilir. Məqsədləri bir tərəfdən də təşəbbüsü ABŞ-a buraxmamaqdır. Türkiyənin PKK terror təşkilatıyla mübarizədə gəlinən nöqtəyə baxmaqda da fayda var. Təhlükəsizlik hesabatlarına görə, terror təşkilatına qoşulanların sayı son 10 ilin ən aşağı səviyyəsindədir. Bu səbəbdən təşkilat İraq və Suriyadan pul müqabilində terrorçuları Türkiyəyə salmağa çalışır. Türkiyə isə Qəndil-Türkiyə xəttini müvəqqəti bazalarla bağlayıb. Hədəf təşkilatın Türkiyəyə girişini bağlamaqdır. Həm rejimlə etdikləri bazarlıq, həm də Türkiyəyə qarşı mümkün sızmaların qarşısını almaq üçün əməliyyatların yolda olduğu məlumatı var. Hazırladı: Müxalifət.az