«Əsəd İdlibdə kimyəvi silahdan istifadə edib» – ABŞ kəşfiyyatından AÇIQLAMA

Baxış sayı:
3634

Suriya Prezidenti Bəşər Əsəd İdlib əyalətinin terrorçulardan azad edilməsi əməliyyatında hökumət qüvvələrinə xlordan istifadə etməyə icazə verib. Amerika administrasiyası nümayəndələrinə istinadla, bu məlumatı «The Wall Street Journal» qəzeti dərc edib.
Nəşrin dərc etdiyi materialda deyilir ki, bu yaxınlarda Suriyadakı vəziyyətin müzakirəsi zamanı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, əgər Əsəd İdlibdə «kütləvi qırğın» törətsə, o zaman ABŞ Suriyanın hökumət qüvvələrinə güclü zərbə endirməyə hazırdır.
Qəzet qeyd edir ki, Suriya, Rusiya və İranı İdlibə hücum etməkdən çəkindirmək istiqamətində «beynəlxalq səylər» bir nəticə verməyib: Rusiya və Suriya aviazərbələri aktivləşdirib, minlərlə mülki şəxs Suriya hökumətinin nəzarət etdiyi rayonlara evakuasiya olunub.
«Pentaqon hərbi variantlar işləyib hazırlayır, ancaq Tramp hələlik hansı fəaliyyətin hərbi cavab doğuracağı barədə və həm də ABŞ zərbələrinin Əsədə kömək edən Rusiya və İran hərbi qüvvələrinə yönəldilib-yönəldilməyəcəyi barədə qərar qəbul etməyib» – deyə, qəzet yazır.
Xatırladaq ki, bundan əvvəl Rusyia müdafə nazirliyi bəyan edib ki, Suriyada kimyəvi silahdan istifadə barədə «provakasion səhnəcik» hazırlanır ki, bu da ABŞ və müttəfiqlərinin Suriyaya aviazərbələr endirməsi üçün bir bəhanə rolunu oynamalıdır. (azpolitika.info)