Savçenkodan Poroşenkonu öldürmək istəyənə qəribə jest

Baxış sayı:
2065

Ukrayna Radasının deputatı Nadejda Savçenko martın 8-də həbs edilmiş Ukrayna Əsirlərin Azad Edilməsi Mərkəzinin rəhbəri Vladimir Rubanın məhkəməsinə gələrək ona hərbi salam verib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” yayıb.
Qeyd edək ki, Ruban martın 8-də Donbasda Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. O, Ukrayna Prezidenti Pyotr Poroşenkoya qarşı teraktda ittiham olunub.
Ruban Donbas konfliktinin başlanğıcından indiyə qədər separatçılarla Kiyev arasında əsirlərin azad edilməsi üçün vasitəçi funksiyasını yerinə yetirirdi.