​Savaş qızışdı: Zaxarçenkonun ətrafı Moskvaya qaçdı

Baxış sayı:
6916

Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko qətlə yetirildikdən sonra onun yaxın ətrafı ölkədən qaçıb.
Muxalifet.az xəbər verir ki, “İnterfaks” agentliyi qaçanların “baş nazir”in müavini Aleksandr Timofeyev və Zaxarçenkonun müşaviri Aleksandr Kazakov olduğunu yazıb.
Onlar Rusiyaya gediblər. Bu şəxslərin Moskvaya təhlükəsizlik məqsədiylə getdikləri açıqlanıb.
Qeyd edək ki, zaxarçenkonun qətlindən sonra hakimiyyət uğrunda savaş qızışıb. Separatçıların lideri vəzifəsinin icrası hazırda müvəqqəti olaraq “parlamentin sədri” Denis Paşulinə həvalə edilib.