Sarkisyanın partiyasından KİMLƏR PAŞİNYANA SƏS VERƏCƏK?

Baxış sayı:
4846

"Üç parlament qüvvəsi” – “Elk "," Tsarukyan bloku "və “Daşnaksütyun bloku” - Nikol Paşinyanın baş nazirliyə namizədliyini irəli sürülmüşdür. Namizədlik sənədinin altında 35 əvəzinə, 41 deputatın imzası atılıb.
 
Bildiyiniz kimi, Respublikaçılar Partiyası Paşinyana nəinki əngəl olmayacaqlarını, hətta 3/1-in dəstəyi ilə baş nazirliyə namizəd verildiyi təqdirdə səsvermədə dəstək verəcəklərini bəyan edib.
Ancaq buna baxmayaraq "Jokoovurd" qəzeti Ermənistan Respublikaçı Partiyasının siyasi qanadının Nikol Paşinyanın "əleyhinə" səs verəcəyini iddia edib. Bununla belə RP fraksiyası Paşinyanın baş nazir seçilməsi üçün yetərli səsi verəcək.
Milli azlıqların nümayəndələri Arsen Mixaylov və Knyaz Həsənov da Nikol Paşinyanın namizədliyinin lehinə səs verəcək. Onların açıqlamasına görə, ötən dəfə də Paşinyanı səs vermək istəyiblər, lakin onun əleyhinə olan qərar mayın 1-dən öncə partiyada alındığı üçün bunu edə bilməyiblər.
Bundan başqa Seyran Saroyan kimi generallar da Nikol Paşinyanın xeyrinə səs verəcək. Xatırladaq ki, mayın 1-də general Feliks Tsolakyan da RP-nın qərarına rəğmən Paşinyanın lehinə səs vermişdi.
Partiyadakı biznesmənlər də Paşinyanın xeyrinə səs verəcəklər, hansı bunu hələ mayın 1-də keçirilən seçkidə etmək istəyiblər. Ancaq onlara olunan təzyiqə görə, bu istəklərini yerinə yetirə bilməyiblər.
Müxalifət.az