Sarkisyandan TƏHLÜKƏLİ BƏYANAT

Baxış sayı:
5146

Serj Sarkisyan etirzçıların lideri deputat Nikol Paşinyana dialoq və danışıqlar təklif edib. Amma bununla belə, etirazçıları təhdid edən sözlərdən də qaçınmayıb.
 
Dünən “Шант” telekanalına müsahibədə Serj Sarkisyan deyib: "Təəssüf ki, biz artıq bir dəfə bu yolu keçmişik. Əgər ikinci dəfə istəyirsinizsə, onda nə etmək olar". Bununla dolayısı ilə Sarkisyan ilk dəfə prezidentlik postuna oturduğu 1 martdakı xalqın gülləbaran edilməsi hadisəsini xatırladıb.
 Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün terror aktının qarşısının alınması barədə bəyanat yayıb. MTX-nin məlumatına əsasən, hakimiyyət məcbur etmək məqsədi ilə ticarət mərkəzlərində, körpülərdə, yollarda Tsrer Sasna təşkilatına məxsus bir şəxs partlayıcı qurğu qoymağa cəhd edib.
Maraqlıdır ki, dünən Сасна Tsrer etirazçı gəncləri dəstəklədikləri ilə bağlı məktub göndərmişdilər.
Faktiki olaraq, belə mürəkkəb vəziyyətdə Serj Sarkisyan ultimatumları və təhdidlərin köməyi ilə vəziyyətdən çıxmaq istəyir. Dialoq və danışıqlar çağırışları altında, faktiki olaraq, açıq təhlükə və təhdidlər gizlənir: “Dialoq "geriyədönməz itkilər üçün" lazımdır”.
Serj Sarkisyan küçələrdəki real vəziyyət barədə bilirmi? Bəlkə o, dərviş paltarında küçədəki real vəziyyəti anlamaq üçün çıxacaq? Bəlkə onda o, belə ultimatumlardan imtina edəcək və güc tətbiqinin indi çox çətin olduğunu anlayacaq!?
Müxalifət.az