Sarkisyan adamlarını Qarabağa göndərdi – Saakyanla görüş

Baxış sayı:
7276

Ermənistanın Respublikaçılar Partiyasının nümayəndə heyəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Aprelin 2-də Qarabağa gələn respublikaçılar Xankəndidə separatçı rejimin “rəhbəri” Bako Saakyanla görüşüb.
Qarabağa gələn nümayəndə heyətinə partiyanın mətbuat katibi, keçmiş vitse-spiker Edurd Şarmazanov rəhbərlik edir. Ehtimallara görə, nümayəndə heyətini Saakyana görüşə partiyanın lideri Serj Sarkisyan göndərib./Publika