'Sarı Jiletlilər” hərəkati İsrailə də sıçradı

Baxış sayı:
2809

Fransa, Belçika və Hollandiyada başlayan “Sarı Jiletlilər” etiraz hərəkatı İsrailə də sıçrayıb. Təl-Əvivdəki “Sarı Jiletlilər” aksiyasında 10 adam nəzarətə alınıb.
 
Fransada yanacaq qiymətlərinin artımına etiraz etmək üçün noyabrın 17-də başlayan “Sarı Jiletlilər” hərəkatı  Belçika və Hollandiyaya da yayıldı. Fransa və Belçikadakı nümayişlərdə minlərlə adam nəzarətə alındı.
 
'Sarı Jiletlilər” hərəkatı İsrailə sıçradı
 
Makronun açıqlamalarına baxmayaraq etirazlar davam edərkən, İsrailin paytaxtı Tel-Əvivdə də etiraz nümayişləri başlayıb. İnsanlar sarı jilet geyərək küçələrə çıxıb və elektrik, su və qidaların qiymət artımına etiraz edib. Nümayişlər zamanı 10 adam nəzarətə alınıb ​​və sosial mediada etirazçıların şüarları və polis müdaxiləsi təsvir olunub.
Müxalifət.az