Saratovda baş vermiş yol qəzasında 3 azərbaycanlı xəsarət aldı

Baxış sayı:
9943

Rusiyanın Saratov vilayətində baş vermiş avtomobil qəzası nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanların 3-ü də Azərbaycan vətəndaşıdır.

Qeyd olunur ki, sürücü “Mercedes Benz Sprinter” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarına çıxıb.

Qəzadan sonra bir 38 yaşlı kişi, 51 və 61 yaşlı isə iki qadın xəstəxanaya yerləşdirilib.