​Samuxda avtomobil maneəyə çırpılıb - Xəsarət alanlar var

Baxış sayı:
4162

Samuxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə Samux-Gəncə avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ2107"markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılması nəticəsində iki nəfər, 1991-ci il təvəllüdlü Abbasov Pərvin Zöhrab oğlu və 1985-ci il təvəllüdlü İsayeva Rəşidə Şaiq qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu biıdiriıir.
Faktla bağlı hüquq mehafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.