Samir Şərifovun işçiləri haqda ŞOK İDDİALAR – Maliyyə naziri üsyana zəmin yaradır...

“Səfər Mehdiyevin "QARA SİYAHI"SI... - Bu siyahıda Kəmaləddin Heydərovun adamlarının adı başda gəlir”

Baxış sayı:
13036

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 24-30 sentyabr 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs maliyyə naziri Samir Şərifov olmuşdur. Onun barəsində “Samir Şərifovun adamının maxinasiyaları…”, “Beyləqanda Samir Şərifovun adamının maxinasiyaları... - İTTİHAM”, “Samir Şərifov Şəmkirdə üsyana zəmin yaradır?-ŞOK FAKTLAR”, “Samir Şərifovun Ağstafadakı kadrı xalqa yuxarıdan aşağı baxır? - İddia”, “Samir Şərifov narazılıq yaradır? - İTTİHAM”, “Azərbaycanlı nazir övladları harada çalışırlar? - Siyahı” başlıqlı 6 məqalə ümumilikdə 18 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri fövqəlada hallar naziri Kəmaləddi Heydərov “Son dəqiqə Kəmaləddin Heydərovun vəziyyəti pisləşdi”, “Səfər Mehdiyevin "QARA SİYAHI"SI... - Bu siyahıda Kəmaləddin Heydərovun adamlarının adı başda gəlir”, “Azərbaycanın neçə general-polkovniki var? – Siyahı”, “Kəmaləddin Heydərovun gömrük inhisarçılığına son qoyulur? – “FÖVQƏLNAZİR” HAQDA ŞOK İDDİALAR”, “Azərbaycanlı nazir övladları harada çalışırlar? - Siyahı” başlıqlı 5 məqalənin 13 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Cavid Qurbanov ad gününü belə qeyd etdi: Qatar tort, skripka ... (VİDEO)”, “Cavid Qurbanova bir gündə iki sürpriz: iclasda tort, xüsusi klip və aşan qatar... - Sədrin maraqlı reaksiyası + VİDEO”, “Cavid Qurbanov iclası orkestrlarla keçirdir”, ““Sadəlik və təvazökarlıq” nümunəsi…- Cavid Qurbanovun “ömür qatarı” (VİDEO)” başlıqlı 4 məqalənin 10 elektron KİV-də yayılması ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavdi Qurbanov tutur.

Deputatın qardaşı və qaynı sahibkarın 2 milyon manatını mənimsəyiblər
 
Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Deputatın qardaşı və qaynı sahibkarın 2 milyon manatını mənimsəyiblər? - İDDİA”, “Deputatın qohumlarının pul və əmlak davası başlayıb”, “Aslan Əliyev: "Əsabil Qasımov deputat mandatından istifadə edərək qanunları tapdalamaq istəyir"”, “Deputatın Yessentukidə tikdirdiyi sanatoriya 25 milyon dollara başa gəlib”, “Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR” başlıqlı  5 məqalənin 5 elektron KİV-də yayılması ilə deputat Əsabil Qasımov tuturş
 
Muxalifet.az