​Samir Şərifov istefaya göndərilir? – MALİYYƏ NAZİRİ HAQDA SENSASİON YAZILAR...

Bu dəfə Kəmaləddin Heydərovla Hacıbala Abutalıbov ikinci yerdə qərarlaşıblar

Baxış sayı:
12052

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Ötən həftə - 26 mart-01 aprel 2018-ci il tarixində elektron mətbuatda daha çox yer ayrılan hadisə yenə də 2018-ci il növbədənkənar prezident seçkiləri olmuşdur. Lakin bu məlumatlar fonunda bu həftə yenə də keçən həftə olduğu kimi ən çox adı hallanan vəzifəli şəxs Azərbaycan Respublikası Maliyyə naziri  Samir Şərifov olmuşdur. “Samir Şərifov və müavini istefaya göndərilir”, “Samir Şərifov saxta diplomlu məmuru niyə vəzifədə saxlayır?” və  “Samir Şərifovun manat "qətli” üç ilə bizi bu günə qoyub – İlginc rəqəmlər” başlıqlı 3 yazı ümumilikdə 8 elektron KİV-də işıqlandırılmışdır.
Mətbuatda adı ən çox hallanan vəzifəli şəxslər siyahısında bu həftəlik sonuncu 2-ci yeri ölkənin Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov “Kəmaləddin Heydərov məşhur şirkətini satdı”, “Tale Heydərov Avropadan “qarayaxma kampaniyası” aparanlara qarşı susur” başlıqlı 2 yazının 3 və
 
“Bakının duzlu-məzəli meri yolun sonuna çatdı”,  “Hacıbala Abutalıbovun dünənki açıqlamasına karikatura çəkildi” başlıqlı 2  məqalənin  də eyni sayda elektron KİV-də yayılması ilə Bakı Şəhər İcra hakimiyyətnin başçısı Hacıbala Abutalıbov bölüşdürür. 
 

DEPUTATIN SOSİAL ŞƏBƏKƏLƏRİ BAĞLAMAQ TƏKLİFİ ONU “BİRİNCİLİYƏ” ÇIXARDI

Hesabat dövründə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri ““Sosial şə  bəkələri bağlamaq lazımdır” — Hadi Rəcəblidən ŞOK AÇIQLAMA” başlıqlı məqalənin 30 saytda yayılması ilə deputat, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  tutur.

Bu həftə mətbuatda adı ən çox hallanan deputatlar arasında 2-ci yeri “Musa Quliyev: Ölən süpürgəçini heç kim işləməyə məcbur etməyib” adlı məqalənin 22 Elektron KİV-də yayılması ilə deputat  Musa Quliyev tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan Milli Məclisin üzvləri arasında 3-cü yeri isə “Deputat Eldar Quliyevin “750 manatlıq” bazarı – KOOPERASİYA UNİVERSİTETİNDƏ BİABIRÇILIQ” adlı məqalənin 1 elektron KİV-də yayılmasıyla deputat Eldar Quliyev qapayır.

Muxalifet.az